Tez-tez verilən suallar

AI işçi ilə AI proqram arasında fərq nədir?

Proqramı işlətmək üçün işçi lazımdır. AI işçi isə vəzifəni özü tutur: şirkətinizi tanıyır, tapşırığı sonadək aparır, planlı işi vaxtında görür və nəticəni hazır təhvil verir.

İnsan işçini tam əvəz edirmi?

Kataloqdakı vəzifənin təkrarlanan və standart hissəsini tam görür. Qərar tələb edən, imza və ya fiziki iştirak lazım olan hallarda işi hazırlayıb sizə ötürür.

Müştərilərim AI ilə danışdığını biləcəkmi?

Bəli. İşçi özünü şirkətinizin AI işçisi kimi təqdim edir, insan olduğunu iddia etmir. Söhbət tonunu və adını siz seçirsiniz.

Məlumatlarımız harada saxlanılır?

Şirkət profili, bilik bazası və söhbətlər bizim serverdə, yalnız sizin kabinetinizə bağlı saxlanılır və başqa müştərilərlə paylaşılmır.

Cavab limiti bitərsə nə olur?

İşçi ayın sonunadək yeni tapşırıq qəbul etmir və siz bildiriş alırsınız. Limiti artırmaq üçün bizimlə əlaqə saxlayın.

Hansı dillərdə işləyir?

Azərbaycan, rus, ingilis və türk dillərində. Qarşı tərəf hansı dildə yazırsa, o dildə cavab verir.

Sosial şəbəkə, WhatsApp, CRM qoşula bilərmi?

Sayt söhbəti bir sətir kodla qoşulur. WhatsApp, Instagram, telefon və CRM üçün API var — quraşdırmada kömək edirik.

Ödəniş necə aparılır?

Bank köçürməsi ilə, faktura əsasında. Aylıq və ya illik (endirimli) ödəyə bilərsiniz.

Abunəni dayandırmaq olarmı?

Bəli, istənilən ay. Növbəti fakturanı ödəməsəniz, güzəşt müddətindən sonra işçilər dayanır, məlumatlarınız saxlanılır.

İşçinin cavabı səhv olsa?

Kabinetdə düzgün cavabı nümunə kimi yazırsınız, bilik bazasını yeniləyirsiniz. İşçi sonrakı tapşırıqlarda buna əsaslanır.

Cavab tapmadınız? Əlaqə